Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev yeni “Qatardan qalan adam” hekayəsi haqqında yazılan fikirlərə münasibət bildirib.
Xalq yazıçısı Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: “Hekayəm barədə bildirilən fikirlərə Cəlil Məmmədquluzadənin sözləri ilə cavab verirəm. Cəlil Məmmədquluzadə deyir ki, “məni qanan oxucular sağ olsunlar". Amma mən sözümü ehtiyatlı tuturam”.
Yazıçı Anar tarixçi professor Cəmil Həsənlinin hekayə barədə fikirlərinə də münasibətini açıqlayıb: “Cəmil Həsənlinin hekayəm haqqında fikirlərini oxumuşam, amma çox təəssüf edirəm. Çünki o, çox ciddi alimdir. Amma belə bir fikir söyləməsi məndə çox böyük təəssüf yaratdı. Ondan belə bir hərəkət gözləməzdim”.