21 Avqust 17:51
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Sergey Lavrovun üçtərəfli anlaşmaların yerinə yetirilməsi ilə bağlı bəyanatına İrəvanın reaksiyası onu deməyə əsas verir ki, Ermənistan öz səhvləri və strateji hesablamalarına görə Rusiyanı günahlandırmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatına Ermənistan XİN-in reaksiyasını gördük. Bu, rəsmi İrəvanın öz səhvlərinə, yanlış strateji hesablamalarına görə başqalarını ittiham etmə xəttinin növbəti nümunəsidir. Xüsusilə, bu halda Rusiyanı”, - diplomat bildirib.

Zaxarova Ermənistanın KTMT-nin tədbirlərini boykot etməsi və Rusiya ilə hərbi əməkdaşlıqdan yayınmasına da toxunub: “Ermənistanın KTMT tədbirlərində iştirakına gəlincə, respublikanın tam əməkdaşlığa qayıtması üçün qapılar açıqdır. Son nəticədə bu ölkənin sabitliyinin qarantı kimi KTMT və Rusiyaya alternativ yoxdur. Bu, illərlə yox, əsrlər boyu sınaqdan keçirilib, erməni xalqı tərəfindən yüksək qiymətləndirilib”.

Rusiya xarici işlər naziri bundan öncə söyləyib ki, İrəvanın Zəngəzur bölgəsində kommunikasiyaların açılması ilə bağlı anlaşmanı sabotaj etməsini anlamaq çətindir. Lavrov qeyd edib ki, Ermənistan üçün əsas məqsəd sülh müqaviləsinin tezliklə bağlanması və kommunikasiyaların açılması olmalıdır.

Ermənistan Xarici İşlər Nazirliyi də buna cavab olaraq bəyan edib ki, bu cür bəyanatlar Rusiyanın İrəvanla Bakı arasında münasibətlərin nizamlanması prosesində konstruktiv iştirakını şübhə altına alır. XİN Rusiyanı sülh prosesini sabotaj etməkdə də ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər