Avropa Birliyinin (AB) Ermənistandakı müşahidə missiyası faktiki olaraq Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatları toplayır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “Ria Novosti”yə deyib.
“Vaşinqton və müttəfiqləri istənilən addıma, o cümlədən Kiyev rejimi kimi oyuncaq hökumətlər vasitəsilə Rusiya ətrafında münaqişə ocaqlarının qızışdırılmasına hazırdır.
Bu cür müdaxilənin nümunələrindən biri də hazırda AB-nin Ermənistandakı müşahidə missiyasıdır.
Kanadadan “mütəxəssislər”in də əlavə olunması ilə faktiki olaraq, şübhəli məqsədləri olan NATO missiyasına çevrilib. Missiyanın Qərbin hibrid müharibəsinin aləti olması onun məxfiliyini, Ermənistan və ya Azərbaycanın nəzarətindən kənarda olduğunu təsdiqləyir. Əslində missiya Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatları toplayır”, - rusiyalı diplomat bildirib.