14 Sentyabr 14:43
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları (Zəngəzur dəhlizi – red.) Azərbaycan-Rusiya-Ermənistan 10 noyabr üçtərəfli anlaşması çərçivəsində açılmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanda səfərdə olan Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Blokadanın ləğvi üç dövlətin başçılarının 9-10 noyabr 2020-ci il tarixli birgə bəyanatında öz əksini tapmış razılaşmalar çərçivəsində mümkündür. Bildiyiniz kimi, Rusiya həmişə Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası prinsipləri əsasında bu prosesə qoşulmağa və kömək etməyə hazırdır”, - Rusiya rəsmisi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər