16 Sentyabr 12:03
15 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Azərbaycandan noyabrda Bakıda keçiriləcək COP29-a qədər Ermənistanla sülh danışıqlarında irəliləyiş gözləyir.

Teleqraf.com xəbər verir ki, bunu İrəvanda səfərdə olan Fransa xarici işlər naziri Stefan Sejurn deyib.

“Fransa hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşaraq ədalətli və sabit sülhü bərqərar edəcək müqavilənin tezliklə imzalanmasını dəstəkləyir. 1991-ci ildə Almatıda imzalanmış sənədin bütün mənası budur. Eyni ideya Praqada da ictimaiyyətə təqdim olundu”, - Sejurn bildirib.

Onun sözlərinə görə, Fransa da eyni prinsiplərə əsaslanaraq ölkələr arasında sərhədlərin demarkasiyası prosesini dəstəkləyir, Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilməlidir.

Sejurnun iddiasına görə, Ermənistanda, Fransa da sülh istəyir: “Azərbaycan tezliklə COP29-a ev sahibliyi edəcəyindən, tədbirdən əvvəl sülhə nail olmaq istədiyini göstərməlidir. Düşünürəm ki, biz bu istiqamətdə sürətlə hərəkət edə bilməliyik”.

Ermənistanı silahlandıran Fransanın “sülh istəkləri” anlaşılan deyil. Həm işğal, həm də bundan sonrakı dönəmdə dəfələrlə Azərbaycan əleyhinə təxribatçı fəaliyyətlərə yol vermiş və bunu davam etdirən Fransa sülhdən danışa biləcək ən son dövlət belə deyil. Fransa söz haqqını işğalçılığa və separatizmə dəstək verəndə itirdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər