19 Sentyabr 20:23
2 810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan revanşist siyasətini davam etdirsə, Ermənistandan geriyə yalnız xatirələr qalacaq.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert Ermənistandan Azərbaycana yönəlik son təxribatçı və revanşist açıqlamaya diqqət çəkib:

“Ermənistan Xarici İşlər Nazirliyi növbəti dəfə Azərbaycan əleyhinə bəyanat yayıb.

Birinci, Azərbaycan özünə hücum edə bilməz və Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı yer yoxdur.

İkinci, Azərbaycanın Qarabağ bölgəsində deportasiya və etniktəmizləmə olmayıb. Ermənilər könüllü olaraq ərazini tərk ediblər, onlara qalmaq, vətəndaşlıq almaq və Azərbaycan bayrağı altında yaşamaq təklif olunub. Ermənilər imtina etdilər.

Üçüncü, ermənilərin məcburi köçürülməsi baş verməyib. Bu, Ermənistan hakimiyyətinin fantaziyasıdır. Məcburi köçkünlük erməni terrorçularının kəlbəcərlilərə evlərini tərk etmələri üçün 10 saat vaxt verdikdən sonra baş verənlərdir.

Dördüncü, revanşist siyasətini davam etdirsə, Ermənistandan geridə yalnız xatirələr qalacaq. O zaman onlara nə Fransa, nə də Hollandiya kömək edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər