Cənubi Qafqazda daimi sülh üçün mühüm fürsət əldə edilib.
Teleqraf.com xəbər verir ki, bu sözləri BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dakı Türk Evində bir sıra ABŞ analitik mərkəzlərinin nümayəndələri ilə görüşdə deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistanla birgə Cənubi Qafqazda daimi sülh və sabitlik üçün mühüm bir fürsət əldə edilib.