17:16
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası komissiyalarının əsasnaməsinin konstitusiyaya uyğunluğu ilə bağlı işə Konstitusiya Məhkəməsində baxıldıqdan sonra sənəd ratifikasiya üçün parlamentə göndərilməli və delimitasiya prosesinin növbəti mərhələsinə keçilməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Vahe Qalumyan deyib.

Onun sözlərinə görə, növbəti delimitasiya və demarkasiyanın haradan başlayacağına qərar vermək komissiyaların vəzifəsidir.

Qalumyan İrəvanın Bakıda keçiriləcək COP29-da iştirakı ilə bağlı məsələni müzakirə edib-etməməsi ilə bağlı suala mənfi cavab verib.

“İmzalanacaq sənədlə bağlı da heç nə deyə bilmərəm. Amma deyə bilərəm ki, Ermənistanın addımları sülh sazişinin imzalanması yönündədir və addım-addım o sazişə yaxınlaşırıq. Azərbaycan da mütəmadi olaraq bəyan edir ki, sazişin imzalanması yaxındır, razılaşma olan məqamlar isə yarıdan çoxdur. Bununla belə, heç bir sülh müqaviləsi tam sülh məsələsini həll etmir”, - deputat söyləyib.

Rəsmi Bakı COP29-da iştirak üçün Ermənistan Baş naziri Nikol Paşinyana dəvət göndərib. Ermənistan rəhbəri ötən günlərdə hələlik bu barədə yekun qərar vermədiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər