4 Mart 2015 15:40
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasınında BMT-nin Uşaq Fondu Azərbaycan nümayəndəliyinin rəhbəri Andro Şilakadze və Fondun Uşaqların Müdafiəsi proqramının rəhbəri Ramiz Behbudovla görüş keçirilib.

Şuranın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nümayəndəliyin rəhbəri Andro Şilakadze Fondun fəaliyyəti barədə geniş məlumat verərək şura ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. O, təmsil etdiyi Fondun Şəmkir, Şirvan və Qəbələdəki QHT Təlim və Resurs Mərkəzləri, eləcə də uşaq hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən digər QHT-lərin bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirmək istədikləri layihələr haqqında da fikirlərini qeyd edib.

Qonaqlar QHT haqqında qanunvericiliyə edilən əlavə və dəyişiklərdən sonra BMT-nin tərkib hissəsi olan UNİCEF, UNDP-in fəaliyyət imkanlarının vəziyyəti ilə maraqlandıqlarını deyiblər.

Şura sədri, millət vəkili Azay Quliyev şuranın QHT sektorunun inkişafı istiqamətində həyata keçirdiyi işlər haqqında qonaqlara ətraflı məlumat verib. O, Fondun ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirdiyini deyib və Azərbaycan qanunvericiliyində edilən son dəyişikliklərin QHT sektorunda şəffaflığın, effektiv idarəetmənin və hesabatlılığın təminatına xidmət etdiyini qeyd edib.

Görüşdə qonaqları maraqlandıran suallara cavab verilib və şura ilə Fondun əməkdaşlıq imkanlarının genişləndirilməsi haqqında müzakirələr aparılıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər