Bakıda Amerikada təhsil sərgisi keçiriləcək.
Teleqraf.com amerikaninsesi.org-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir. Bildirilir ki, “Alumni Fair” adlı sərgi martın 14-də Azərbaycan Dillər Universitetində ABŞ-ın Azərbaycandakı səfirliyinin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə baş tutacaq.
Tədbirin məqsədi bütün maraq göstərən şəxsləri bir yerdə toplayıb, ABŞ universitetlərində təhsil almaq imkanları haqqında lazımi məlumatla təmin etməkdir. Burada tələbələr, şagirdlər və eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən universitetlərin məzunu olan azərbaycanlı və əcnəbi məzunlarla görüşüb, maraqlandıran suallarla onlara müraciət edə biləcəklər.
Sərgidə 20-dən çox ABŞ universiteti və digər ödənişsiz təhsil programları təmsil olunacaq. Məzunlar ABŞ universitetlərinin təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verəcəklər.
Samir