14 Mart 2015 14:04
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz bayramı münasibətilə Bakı şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının açılışı olub.



Publika.az xəbər verir ki, Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının və möhtəkirliyin qarşısının alınması məqsədi ilə təşkil olunan yarmarkaların açılışında kənd təsərrüfatı naziri Heydər Əsədov da iştirak edib.


Nazir şəxsən satıcıları və alıcıları narahat edən məsələlərlə maraqlanıb və kənd təsərrüfatı məhsullarının qiymətləri ilə tanış olub.


Qeyd edək ki, Novruz bayramı münasibətilə Bakı şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçiriləcəyi ünvanlar bunlardır:


Xətai rayonu (2 ünvanda) -Ukrayna dairəsinin yanı; -Bakı kinoteatrının yanı;


Nəsimi rayonu - S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi;


Yasamal rayonu - Akim Abbasov küçəsi, İran klinikasının yanı;


Nərimanov rayonu - Gənclik metrosunun yanı;


Səbail rayonu - Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası;

Suraxanı rayonu (2 ünvanda) - Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev 2, “Vətən Şəhidləri Unudulmur” abidələr kompleksinin və hərbi hissənin yanı-Əmircan qəsəbəsi, S. Bəhlulzadə küçəsi 12;

Binəqədi rayonu - Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı,


Bayram günlərində Bakı şəhərinin digər yerlərində də yarmarkaların keçirilməsi nəzərdə tutulub.


Əlaqə telefonu: Nazirliyin “Qaynar xətt”i-1652


Müəllif:

Oxşar xəbərlər