18 Mart 2015 11:35
1 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı qızı Ülkər İsayeva ilə bağlı baş verən insidentlə əlaqədar açıqlama yayıb.

H.İsaxanlının sözlərinə görə, martın 17-də xaricdə olarkən səhərə yaxın bir müxbir ona zəng edərək, “qızınızı maşında döyüblər və deyəsən öldürüblər” deyib: “Mənim vəziyyətimi təsəvvür edə bilərsiniz. Evlə əlaqə yaratdım, xəbərin yalan olduğu ortaya çıxdı. Sonra ikinci müxbir zəng etdi və mən ona bir qədər əsəbi cavab verdim (nə dediyim yadımda deyil)".

H.İsaxanlı əslində nə baş verdiyini təfsilatı ilə açıqlayıb: "Mənim qızım öz rəfiqələri və dostları ilə bərabər 8 mart bayramını qeyd edirlər. Sonda, dağılışanda qızları evlərinə ötürərkən mənim qızım olan maşına məclisdə iştirak edən Katya adlı bir qızı da götürürlər ki, onu da yaşadığı yerə buraxsınlar. Yolda həmin qız, yəqin ki, bir qədər içkili olduğundan, söyüşlər söyür, tərbiyəsiz sözlər işlədir. Maşındakı oğlanlar hirslənir, maşını saxlayaraq onu maşından düşürürlər. Həmin qızla necə rəftar olunduğu kamera görüntülərində var. Bu kamera görüntülərinin mənim qızıma heç bir aidiyyəti yoxdur. Bundan sonra oğlanlar hüquq-mühafizə orqanları tərəfindən dindirilir və etdikləri hərəkətlərə görə cəzalandırılacaqları bildirilir. Mənim qızım da dostlarını cəzadan xilas etmək üçün ifadə verərək “kamera görüntülərindəki o qız mənəm və heç bir şikayətim yoxdur” deyir. Qızımın günahı da məhz budur. Sonra həmin videogörüntülər məhkəmə işçisi, mümkündür ki, müstəntiq tərəfindən mətbuata ötürülür, internetə qoyulur, bununla da həqiqətə uyğun olmayan, yanlış informasiya yayılır”.

H.İsaxanlı prokurorluqdan bu videogörüntüləri internetə yerləşdirəni müəyyənləşdirib uyğun tədbir görməsini istəyib.


Müəllif:

Oxşar xəbərlər