22 Mart 2015 09:01
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı Metropoliteni" QSC "bənövşəyi xətt"in ilk iki - "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarını 2015-ci ilin sonuna istismara verməyi planlaşdırır.

Bunu QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, hazırda lazımi avadanlığın quraşdırılması və stansiyaların abadlığı üzrə iş gedir: "Plana əsasən, stansiyalar bu ilin sonuna açılacaq".

Qeyd edək ki, "bənövşəyi xətt" 12 stansiyadan ibarət olacaq./ Trend


Müəllif:

Oxşar xəbərlər