26 Mart 2015 11:31
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan tərəfinə könüllü olaraq təslim olan erməninin vəziyyətini izləyir və hakimiyyətlə dialoqdadır".

Teleqraf.com ANS PRESS-ə istinadən bildirir ki, bu barədə BQXK-nın İrəvan ofisindən bildirilib. BQXK əməkdaşı Zara Amatunin sözlərinə görə, hələlik erməni əsgər Andranik Qriqoryanla görüş baş tutmayıb.

"Ancaq buna baxmayaraq Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, Andranikin vəziyyəti yaxşıdır və onun sağlamlığı ilə bağlı heç bir problem yoxdur", - deyə Zara Amatun qeyd edib.

Xatırladaq ki, martın 22-də günorta saatlarında ilkin məlumata görə, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.

Qoşunların təmas xəttini keçən erməni hərbçisi hərbi qulluqçularımız tərəfindən saxlanılıb.


Müəllif: