Martın 29-30-da ermənilər cəbhədə baş verən döyüşlər zamanı çoxlu itki veriblər.
Trend ermənilərin “my.mamul.am” və “express.am” saytlarına istinadən xəbər xəbər verir ki, Ermənistan son iki gündə cəbhə xəttində 7 hərbçisini itirib.
Bundan əlavə, saytlar yazır ki, erməni hərbçiləri arasında ağır nəticələri olan vərəm xəstəliyi yayılıb. Yerli əhali bildirir ki, dərmanların çatışmazlığı ucbatından yaralılar və vərəm xəstələri üçün Qarakəndə dislokasiya olunmuş 3-cü polkun 4-cü batalyonunda səhra hospitalı yaradılıb. Məqsəd hərbi hissələrdə baş verən anarxiyanı gizlətmək və müdafiə naziri Seyran Ohanyanı əsgər analarının qəzəbindən qorumaqdır: “Lakin heç bir şübhə yoxdur ki, bu dəfə də bizim rəhbərliyimiz özünü kor və kar kimi göstərəcək. Təəssüf ki, Müdafiə Nazirliyinin qeyri-şəffaf işi, mülki cəmiyyət və hətta deputat korpusu tərəfindən nəzarətin olmaması bundan sonra Ermənistanda acınacaqlı, hətta biabırçı hadisələrə gətirib çıxaracaq. Azərbaycanın müdafiə naziri Zakir Həsənov verdiyi sözə əməl edir, bizim Seyran Ohanyan isə əsgər analarını ittiham edir”.