“Ermənilərdən fərqli olaraq, biz- azərbaycanlılar və türklər başımıza gətirilən soyqırım hadisələrini sübüt edən həm tarixi sənədlər, həm də soyqırım törədildiyi bölgədə olan məzarlıqları göstərməklə sübut edə bilirik”.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev deyib. Onun sözlərinə görə, ermənilərdən fərqli olaraq azərbaycanlılar qondarma soyqırım bəhs etmir: “Erməni vəhşiləri tərəfindən törədilən 31 mart soyqırımı nəticəsində Bakıda və bölgələrimizdə insanlığa sığmayan qəddarlıqla qətl edilmiş yüz minlərlə Azərbaycan türkünü və ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələrinin məzarləqları aşkar olunub. Ermənilər Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Zəngəzurda, Göyçədə, Qarabağda, Naxçıvanda və digər tarixi Azərbaycan torpaqlarında insanlara qarşı olmazın vəhşiliyini həyata keçiriblər. Soyqırıma məruz qalmış şəhərlərimizdən olan Quba şəhərində minlərlə insanın toplu məzarlığı aşkar edilib və həmin inasan sümüklərinin üzərində belə hansı vəhşiliklərin törədilməsi açıq-aydın özünü göstərir. Həmin məzarılığı ölkəmizdə fəaliyyyət göstərən beynəlxalq təşkilatların nümayənələri, xarici ölkələrin səfirlikləri ilə yanaşı, həmçinin ölkəmizə səfərə gələn əcnəbilər ziyarət edirlər. Ancaq onu da deməliyəm ki, ermənilərin bu cür vəhşiliyi və soyqırım törətmək "sevgisi" 1918-ci il 31 mart soyqırımı ilə yekunlaşmır. Belə ki, ermənilər həmin tarixdən öncə də dəfələrlə bu cür soyqırımlar törədiblər və ərazi iddiası ilə çıxış ediblər. 20-ci əsrin sonlarında, 1992-ci ilin fevralında Xocalı soyqırımını törətməklə əsrin faciəsinə səbəb oldular”.
R.Alıyev qeyd edib ki, əslində ermənilər regiona xüsusi köçürülmə yolu ilə gəlmiş vulqar, terrorçu bir xalqdır: “Onlar bu əraziyə gələcəkdə daha bir xristian dövləti yaradılması məqsədi köçürülüblər. Köçürülmə yeri isə Türkiyə-Azərbaycan sərhədləri olması da təsadüfi deyildir. “Böyük Ermənistan” yaradılması məqsədi ilə zaman-zaman ermənilərin həm Türkiyə, Azərbaycan, həmçinin də digər qonşu dövlət olan Gürcüstana ərazi iddiaları da özünü göstərib. Ermənistan dövlətinin Azərbaycanın tarixi torpaqlarında yaradılması və paytaxtın da məhz tarixi Azərbaycan torpağı olan İrəvan şəhəri olması bir daha onu göstərir ki, ermənilərin nə tarixi dövləti, nə də bu ərazilərə yaxından və uzaqdan bağlılığı olub.
Azərbaycanlılar ermənilər tərəfindən soyqırıma məruz qaldığı halda, əksinə bu gün ermənilər tarixdə olmayan bir hadisədən qondarma “soyqırım” düzəldərək dünyaya özlərini əzilmiş bir xalq olaraq göstərmək istəyirlər. Ancaq həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan öz çıxışlarında ermənilərin iddia etdiyi hadisəyə dair bir tarixi sənədin ortaya qoyulması tələbini qoyublar. Bu da yoxdursa belə, tarixçilərdən ibarət və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə ortaq bir komissiyanın yaradılması və hadisənin tarixçilər tərəfindən araşdırılması təklif olunsa da, erməni tərəfi razılaşmayıb. Ona görə ki, dünyaya olmayan bir hadisəni “soyqırım” kimi təqdim etdiklərini özləri də yaxşı bilirlər. 24 aprel tarixində qondarma “soyqırım”la bağlı keçirəcəkləri tədbirə bir çox ölkələrin dövlət başçılarını dəvət etmələrinə baxmayaraq, əksər ölkə rəhbərləri bu dəvəti rədd edib və bu addımla da qondarma erməni soyqırımının uydurma bir anım tədbiri olduğunu bəyan etmiş oldular.
Ermənilərin ərazi və qondarma soyqırım iddiaları “Böyük Ermənistan” yaradılması xülyasından irəli gəlir. Ancaq həm Ermənistan, həm də bütün dünya bilməlidir ki, ermənilər bu “arzu və istəyinə” nail olmayacaq. Azərbaycan-Türkiyə qardaşlığı ermənilərin bu arzusunun üzərindən xətt çəkəcək”.
BƏXTİYAR