6 Aprel 2015 16:19
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) Türkiyənin ən qədim və ən nüfuzlu ictimai qurumlarından biri olan Türk Ocaqları ilə birgə Türkiyə-Ermənistan sərhədləri ilə bağlı Türkiyə türkcəsində broşür hazırlayıb.

Bu barədə məlumat verən QAFSAM-ın sədri Araz Aslanlı bildirib ki, broşürün hazırlanmasında məqsəd Türkiyə-Ermənistan sərhədləri ilə bağlı aparılan əsassız kampaniyalara qarşı cəmiyyətin daha dərindən məlumatlandırılmasıdır.

Broşürdə Türkiyə-Ermənistan sərhədlərinin bağlı olmasının səbəbləri qısa maddələr şəklində izah olunub. Ermənistanın müstəqillik bəyannaməsində, dövlət gerbində və konstitusiyasında yer alan Türkiyəyə qarşı ərazi iddialarına diqqət çəkilib. Xüsusi vurğulanıb ki, Ermənistan Konstitusiya Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli qərarında Türkiyə-Ermənistan prortokollarının Ermənistanın müstəqillik bəyannaməsinin və konstitusiyasının əlaqədar (Türkiyəyə ərazi iddiası irəli sürən) maddələrinə zidd şərh olunmayacağı qeyd olunub.

Broşürdə, həmçinin Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarlarından hissələrə və Ermənistanın qonşu dövlətlərə yönəltdiyi ərazi iddialarını əks etdirən xəritəyə yer verilib.

Broşürün son hissəsində Türkiyə dövlət rəsmilərinin və müxalifət liderlərinin Ermənistanın işğalçılıq siyasəti və Türkiyə-Ermənistan sərhədləri ilə bağlı fikirləri, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə təşəkkürü əks olunub.


Müəllif:

Oxşar xəbərlər