7 Aprel 2015 13:03
1 903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda fəaliyyət göstərən pivə barlarından birinin loqosuna erməni cəlladı, vaxtilə türklərə qarşı qətliamlarda fəal iştirak etmiş Andranik Ozanyanın şəkli vurulub.

Publika.az xəbər verir ki, Bakı şəhəri A.Heydərov 23 ünvanında, Nərimanov Rayon Məhkəməsinin yaxınlığında (Montin qəsəbəsində) fəaliyyət göstərən "Montinburg" adlı pivə barı öz nişanına Andranikin şəklini vurub.

Pivə barının girişindəki nişandakı fotoya diqqət yetirin. Bu, erməni cəlladı Andronikin fotosudur. Qəribədir, "Montinburg" adlı pivə barının rəhbərliyi bununla nə demək istəyir? Yeri gəlmişkən, həmin pivə barındakı qiymətlər də od tutub yanır. Maraqlıdır, görəsən, pivə barının rəhbərliyini erməni cəlladını təbliğ etməyə nə vadar edir?


Müəllif:

Oxşar xəbərlər