10 Aprel 2015 12:33
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qondarma erməni soyqırımı gec-tez öz qiymətini alacaq”.

Bu fikirləri “Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan ombudsmanı Elmira Süleymanova deyib.

Onun sözlərinə görə, hətta ermənilərin özləri belə bu iddianın saxta olduğunu dilə gətirməkdən çəkinmirlər: “Azərbaycana qarşı törədilən soyqırımlar göz qabağındadır. Bununla belə ermənilər öz saxta iddialarından geri çəkilmirlər. Bu günlərdə Ermənistan bəyan etdi ki, Azərbaycan Qafqaz üçün təhlükədir. Bu, üzr istəyirəm, erməni həyasızlığının ən yüksək həddidir. Hətta işğal etdikləri torpaqlarda qondarma bir dövlət yox, qurum yaradaraq bizim öz ata-baba torpaqlarına getmiş azərbaycanlıları girov götürüblər. Heç bir günahı olmayan soydaşlarımızı cinayətkar kimi qondarma məhkəmə qarşısına çıxarırlar. Onlara dünyada presedenti olmayan saxta ittihamlar irəli sürürlər”.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər