18 Aprel 2015 09:24
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 36 dəfə pozub.

Teleqraf.com Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində və Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Ağdam rayonunun Şuraabad, Cəvahirli, Sarıcalı, Şıxlar, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.


Müəllif: