18 Aprel 2015 19:15
2 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir neçə gündür ki, ATV telekanalının rəhbəri Vüqar Qaradağlı ilə məşhur teleaparıcı Xoşqədəm Hidayətqızı arasındakı qalmaqal səngimək bilmir.

Bu həftə mətbuat konfransı keçirən Xoşqədəm Hidayətqızı “Səni axtarıram” layihəsinin tam olaraq özünə aid olduğunu, lakin ona verilən efir vaxtı və hörmətdən dolayı layihənin Müəlliflik Hüququ Agentliyində qeydiyyatdan keçərkən ATV telekanalının da müstəsna hüquq sahibi olmasını özü istədiyini bildirib.

Hidayətqızının bu açıqlamasından sonra ATV telekanalının hazırki prezidenti Vüqar Qaradağlı “Səni axtarıram” layihəsinin telekanalın keçmiş vitse-prezidenti Həsən Abdullayevə aid olduğunu bildirib.

“Veriliş ATV-də yaranıb. O vaxt vitse-prezident vəzifəsində çalışan Həsən müəllimin rəhbərliyi və məsləhəti əsasında bu lahiyə ərsəyə gətirilib. Yəni bu layihə kənarda hansısa prodakşının və yaxud da konkret bir şəxsin beyninin məhsulu olmayıb. ATV-nin məhsulu olub”.

Məsələ ilə bağlı publika.az Həsən Abdullayev ilə əlaqə saxlayıb.
Publika.az-a eksklüziv açıqlamasında Abdullayev “Səni Axtarıram” layihəsi ilə heç bir əlaqəsi olmadığını bildirib.


“Bu məsələ ilə bağlı saytlar 3-4 gündür məni yığır və narahat edir. Əslində o vaxt Xoşqədəm xanım mənə yaxınlaşaraq ideyabarədə məlumat verib və belə bir veriliş yaratmaq istədiyini bildirib. Məndən efir vaxtı istəyib, mən də Xoşqədəm xanıma efir vaxtı vermişəm. Öz layihəsini bizim telekanalda həyata keçirib. Bu gün kim nə deyirsə, onun mənə heç bir aiddiyyatı yoxdur. Bu layihənin mənimlə əlaqəsi yoxdur. Bu Xoşqədəm Hidayətqızının ideyasıdır”.


Müəllif:

Oxşar xəbərlər