23 Aprel 2015 11:46
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) və AMEA-nın Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Uydurma “1915-ci il erməni soyqırımı”ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri” mövzusunda konfrans keçirilir.

Teleqraf.com-un məlumatına görə, tədbirdə YAP-ın icra katibinin müavini Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, hakim partiyanın üzvləri və deputatlar iştirak edir.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı deyib ki, tarixdən ibrət götürməyənlər mütləq cəzalarını alacaqlar: “Ermənilərin uydurduğu yalanların faş olunması üçün həm Türkiyə, həm də Azərbaycan elm adamları xeyli iş görüblər. Türkiyə tərəfi beynəlxalq miqyasda öz mövqeyini hər zaman açıqlayıb. Onlar hər zaman faktlar və dəlillərlə çıxış ediblər. Burdan ermənilərə səslənirəm ki, əgər onların əlində dedikləri “soyqırımı” sübuta yetirəcək hər hansı sənəd varsa, o zaman bunu ortaya qoymalıdırlar. Lakin hələ də ortada heç nə görməmişik”.

M.Qurbanlı bildirib ki, Azərbaycan alimləri müstəqillik illərində ermənilərin törətdiyi soyqırımla bağlı xeyli araşdırma aparıblar: “Hər kəsə çox yaxşı məlumdur ki, əslində soyqırımı törədənlər məhz ermənilərdir. Artıq onların törətdikləri cinayətlər üzə çıxmaqdadır. Bilirik ki, qərb dairələrində məsələ siyasiləşdirilir və bu mövzu Türkiyəyə təzyiq vasitəsi kimi istifadə olunur. Soyqırımı kimin törətdiyini araşdırmaq üçün 100 il əvvələ qayıtmaqdansa, 25-30 il əvvələ qayıtmaq yetərlidir. Ermənilər sadəcə tarixi təhrif edərək həqiqəti qəbul etmək istəmirlər”.

AMEA-nın Tarix İnstituttunun baş elmi işçisi Vasif Qafarov qeyd edib ki, ermənilərin 1918-ci ilin mart ayında Azərbaycanda törətdiyi qırğınlar nəticəsində 120 mindən artıq dinc insan vəhşicəsinə qətlə yetirilib. Onun sözlərinə görə, erməni qırğınlarına ən çox məruz qalan Bakı, Şamaxı, Quba, Şərur, Sədərək və Zəngəzur bölgələri üzrə ermənilərin qətlə yetirdiyi insanların sayı 124 min 236 nəfərdən artıq, vurduğu maddi ziyan isə 8 milyard 235 milyion rubl təşkil edib: "İndiki rəqəmlərlə isə bu, 371 milyard dollar təşkil edir. Ermənilər indi qondarma "soyqırım" ilə bağlı idialar irəli sürür, amma buna heç bir sübut ortaya qoya bilmirlər. Lakin biz ermənilər tərəfindən qətlə yetirilən insanların kimliklərini, qeydiyyatda olduqları əraziləri də üzə çıxartmışıq".

V.Qafarov bildirib ki, təəssüf ki, dünya ictimaiyyəti buna göz yumur, ermənilərin uydurduğu saxta tarixin arxasınca gedib.

Hazırda tədbir mövzu ətrafında çıxışlarla davam edir.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər