28 Aprel 2015 14:45
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Azərbaycan şairi Nizami Gəncəvi XII əsrdə elə prinsiplər formalaşdırıb ki, o prinsiplər bu gün də insanların həyatında aparıcı rol oynayır və çağdaş demokratiya prinsiplərinə tamamilə uyğun gəlir.

Trend-in məlumatına görə, bu sözləri Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberq III Qlobal Açıq Cəmiyyətlər Forumundakı çıxışında bildirib.

“Elə prinsiplər var ki, onları işləyib hazırlamaq, qəbul etmək çətindir və hətta bu gün çoxları hesab edir ki, insanlar bərabər yaradılmayıb. Hətta ən demokratik ölkələrdə belə mütləq bərabərlik mövcud deyil. Demokratiya elə bir şeydir ki, o, gündəlik iş tələb edir”, - deyə V.Vike-Freyberq vurğulayıb.

O, Bakıda keçirilən Forumun sivilizasiya üçün əhəmiyyətini qeyd edib.

Sabiq Latviya prezidentinin sözlərinə görə, demokratiyanın rəhbər tutduğu prinsiplər – sivilizasiya, həmrəylik, düşüncə, cinsindən, dinindən, dərisinin rəngindən və seçimindən asılı olmayaraq hər kəs üçün bərabər hüquq dəyərləridir: “Biz bu konfransda bu problemləri müzakirə edə bilərik və bugünkü Forum kimi tədbirlərin əhəmiyyətini anladığına görə, mən Azərbaycan prezidenti İlham Əliyevə şəxsən təşəkkür etmək istəyirəm”, - deyə sabiq prezident vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər