21 May 2015 16:35
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiyanın Baş naziri Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyeva başsağlığı verib.

Başsağlığında deyilir: "Bakı şəhərindəki yaşayış binasında çoxsaylı insan tələfatına səbəb olan yanğın xəbəri məni dərindən sarsıtdı. İnanmaq istəmirəm ki, bu faciə məni çox böyük səmimiyyətlə qarşılayan şəhərdə baş verib.

Belə hallarda kədəri bölüşmək üçün söz tapmaq çox çətindir. Bu hadisə zamanı yaxınlarını itirmiş və xəsarət almış insanların acısını paylaşdığımı onlara çatdırmağınızı xahiş edirəm.

Zati-aliləri, Sizə Serbiya Respublikası Hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".


Müəllif:

Oxşar xəbərlər