22 May 2015 14:21
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə Nazirliyin kollektivi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidləri yad edib.


Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində peşə bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov açıb. Onun sözlərinə görə, Azərbaycanda bütün sahələrdə olduğu kimi ekologiya sahəsində də görülən işlərin, o cümlədən ətraf mühitin mühafizəsi istiqamətindəki tədbirlərin, layihələrin müvəffəqiyyətlə davam etdirilir.

Nazir ekologiya, təbii sərvətlərdən səmərəli istifadə, ətraf mühitin qorunub mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahəsində xüsusi xidmətlərinə görə Nazirliyin fərqlənən əməkdaşlarını Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif edib.

Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi adından ölkə Prezidentinə müraciət qəbul olunub.

Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.

Prezidenti cənab İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq hər il may ayının 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər