22 May 2015 14:27
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kimin sənədləri hazırdırsa, gedib pulunu bankdan ala bilər. Burada heç bir problem yoxdur. Əgər hər hansı bir problem yaranarsa, biz bunu dərhal həll edəcəyik."

Teleqraf.com-un məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Binəqədi rayonunda yanan 16 mərtəbəli yaşayış binasının sakinləri ilə İcra Hakimiyyətinin inzibati binasında görüşündə deyib.

H.Abutalıbov bildirib ki, ayrılan vəsait artıq Bakı şəhər icra hakimiyyətinin bank hesabına köçürülüb: "Bütün mənzil sahibləri pullarını alacaqlar. Sənədi olan ev sahibləri pullarını alacaq. Bu işə şəxsən özüm nəzarət edirəm. Bu gündən etibarən sənədlərinizi təqdim edib gedib pullarınızı banklardan ala bilərsiniz”.

Qeyd edək ki, bir neçə dəqiqə əvvəl başlayan görüş həlak olanları bir dəqiqəlik sükutla anmaqla başlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər