22 May 2015 22:43
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2015-ci il martın 4-də Sofiya şəhərində imzalanmış Protokolun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Mədəniyyət və Turizm Nazirliyinə bu sərəncamda göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan Hökumətinə bildiriş göndərmək tapşırılıb.


Müəllif:

Oxşar xəbərlər