"Almaniya məhdud silah ixracı siyasəti aparır".
Bu barədə Trend-ə Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfirlik Dağlıq Qarabağ separatçılarının Almaniyanın “Schmidt & Bender” şirkətinin optik nişangahlarından istifadə etməsi ilə bağlı məsələyə münasibət bildirib: “1992-ci ildə ATƏT Ermənistan və Azərbaycana silah satışına embarqo qoyub. Almaniya adıçəkilən məhsullara lisenziya verməyib”.