Bu gün Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin Soçi şəhərində (Rusiya) keçirilən növbəti iclasında iştirak edib.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, iclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
BƏXTİYAR