Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından 97 il ötür
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97-ci ildönümü tamam olur. Bu əlamətdar gün Azərbaycan tarixinin ən parlaq və şanlı səhifələrindən birini təşkil edir. Müsəlman Sərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik əzmini nümayiş etdirməklə, siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi olmaqla, Avropanın demokratik dəyərləri ilə Sərq mədəniyyətini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi.
“Qafqaz Islam Ordusu nə lazımdırsa, onu da etdi”
Bu günlə bağlı fikirlərini bizimlə bölüşən tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin kafedra müdiri Anar Isgəndərov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın tarixində ən şərəfli bir səhifədir.
O qeyd edib ki, bu səhifənin ilk əlifbası, ilk sözü heç şübhəsiz, 28 maydır: “Böyük Məhəmməd əmin Rəsulzadə vaxtilə yazırdı ki, Birinci Cahan müharibəsi olmasaydı, 1917-ci il Fevral burjua inqilabı olmazdı, Fevral Burjua inqilabı olmasaydı isə Azərbaycan Xalq Cümhuriyyəti olmazdı. Təbii ki, 300 ildən çox hakimiyyətdə olan Romanovlar sülaləsi çökdü, Fevral burjua inqilabı baş verdi və ən nəhayət, Azərbaycan xalqı da uzun mübarizədən sonra öz müstəqilliyini elan etdi. Amma özgə torpaqda. Yəni, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də Tiflisdə elan olundu. Elan olunan dövlətin problemləri çox idi. Ilk növbədə Azərbaycana hökumət gəlməli idi, bunun üçün də Osmanlı hökumətinə, bu hökumətin göndərmiş olduğu Qafqaz Islam Ordusuna böyük bir borcumuz var. O ordu Azərbaycan xalqı üçün nə lazımdırsa, etdi”.
“Xalq Cümhuriyyətinin ən böyük uğuru islahatlara başlamaq oldu”
A.Isgəndərov qeyd edib ki, milli hökumətin ən böyük uğurları islahatlara başlamaq oldu: “Yəni, coğrafi məfhum olan Azərbaycan ifadəsini siyasi məfhuma çevirdi. Dövlət Azərbaycan adlanmağa başladı. Azərbaycan milli ordusu, Azərbaycan dili, Azərbaycan vətəndaşlığı haqqında qanunlar qəbul etdi. Azərbaycanda hakimiyyət bölgüsünü ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti həyata keçirdi. Qanunverici, icraedici və məhkəmə hakimiyyəti formalaşdırdı, Azərbaycan parlamentini - dünyanın ən demokratik parlamentini təsis etdi. Ona görə demokratik parlament deyirik ki, Azərbaycanda hansı millətlər yaşayırdısa, onların nümayəndələri bu parlamentdə təmsil olunurdular. ən nəhayət, AXC-nin ən böyük uğurlarından biri təhsillə bağlı oldu. 1919-cu ilin fevralında Bakı Dövlət Universiteti yaradıldı və 100 nəfər də xaricə oxumağa göndərildi. Azərbaycan dili ilə bağlı qanun qəbul edildi, Azərbaycanın milli valyutası dövriyyəyə buraxıldı. Xarici düşmənlərə qarşı mübarizə aparmaq üçün Qarabağ general-qubernatorluğunu, Naxçıvanla bağlı təhlükəsizliyi aradan qaldırmaq üçün Naxçıvan general-qubernatorluğunu yaratdı. Eyni zamanda, qısa bir müddət ərzində, yəni süqut edənədək 40 min nəfərlik bir ordu yaratmışdı. Bu da qısa müddət ərzində hər xalqa nəsib olmur. Nəhayət, 1920-ci il yanvarın 11-də isə Azərbaycan öz tarixində ilk dəfə olaraq müstəqil dövlət kimi tanındı. Bu da əlbəttə, Azərbaycanın ən böyük arzu və istəyi idi”.
“Biz varis kimi AXC-nin ənənələrini tanıyır və qəbul edirik”
Müsahibimiz bildirib ki, Azərbaycanın xüsusi xidmət orqanlarının da təməli həmin illərdə qoyulub: “1919-cu ilin martında Azərbaycan Xalq Cümhuriyyəti əksinqilabla mübarizə təşkilatı yaratdı. əlifba komissiyası yaratdı. Yəni, bu dövlət 23 ay ərzində nə etmək lazımdırsa, etdi. Təbii ki, edə bilmədiklərini də Azərbaycan 1991-ci ilin öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bizim hazırkı Azərbaycan Republikası etdi. əlifba islahatını yerinə yetirdi, Azərbaycanda parlamentçilik ənənəsini inkişaf etdirdi. Azərbaycan Konstitusiyası referendum yolu ilə qəbul olundu. Bakı nefti dünya bazarına çıxarıldı. Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin arzu və istəkləri idi və müstəqilliyimizi bərpa etdikdən sonra yenidən biz bunları əldə etdik. Bu, o deməkdir ki, biz varis kimi bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini tanıyırıq, qəbul edirik, onunla öyündüyümüz kimi, onun vaxtilə bizə arzuladıqlarını da uğurla həyata keçiririk. Doğrudur, o zaman da Azərbaycan Xalq Cümhuriyyəti Ermənistanla və Sovet Rusiyası ilə əlaqələrini qura bilmədi, yəni, bu ölkələrin günahı ucbatından. Bu gün də Ermənistanla bu münasibətləri qurmaq mümkün olmayıb, əksinə Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Amma o zaman Sovet Rusiyası ilə münasibətlər qurmaq mümkün olmasa da, biz bu gün çalışırıq ki, Rusiya Federasiyası ilə bu münasibətləri yoluna qoyaq. Bu istiqamətdə də işlər getməkdədir”.
“Kimsə AXC barədə neqativ fikir söyləyirsə, bu, onun şəxsi fikirləridir”
Tarixçi-alim Azərbaycan Xalq Cümhuriyyəti qurucularına bu gün laqeyd münasibət bəslənməsi barədə dolaşan fikirləri qəbul etmədiyini də deyib: “Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin, bütün görkəmli dövlət xadimlərimizin yubileyləri keçirilib. Məmməd əmin Rəsulzadənin də, Nəsib bəy Yusifbəylinin də, Fətəli xan Xoyskinin də, əlimərdan bəy Topçubaşov və onlarla başqalarının yubileyləri qeyd olunub. Təbii ki, adlarına küçələr var. Onların əsərləri çap olunub. Eyni zamanda, onlarla bağlı kifayət qədər tədqiqat işləri yazılıb. Bu işə nöqtə qoyulmayıb və yəqin ki, gələcəkdə də bu istiqamətdə işlər gedəcək. Azərbaycan inkişaf etdikcə, ölkəmiz böyüdükcə, qüdrətləndikcə onların - vaxtilə Azərbaycan Xalq Cümhuriyyətini quranların böyüklüyü, nəhəngliyi görünür. Amma Azərbaycan dövləti də onlara kifayət qədər hörmətlə yanaşır. Mən elə bilirəm ki, bu istiqamətdə uğurlu işlər gedir və bundan sonra da davam edəcək. Cümhuriyyətimizi quranların hər birinin xatirəsi doğmadır, əzizdir. Onlar sadəcə söz xatirinə xatırlanmır, tarixi şəxsiyyət kimi uca tutulurlar. Onlara birmənalı olaraq böyük hörmətlə yanaşılır, böyük hörmətlə yad olunurlar. Xalq Cümhuriyyətini quranlara ilk növbədə Azərbaycan vətəndaşları, hökuməti və dövləti hörmətlə yanaşmalıdırlar və yanaşırlar. Onlar bizim atalarımız-babalarımızdır. Biz onları niyə istəməməliyikə Bu yolun bünövrəsini onlar qoyublar. Necə ola bilər ki, biz onları istəməyəkə Cünki biz 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edəndə yazmışdıq ki, biz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisiyik. Biz o dövlətdən necə imtina edə bilərikə Kimsə bu barədə neqativ fikir söyləyirsə, yəqin ki, bu, onun fikirlərinin məhsuludur. Amma reallıqda bu, bayramdır və mən də fürsətdən istifadə edib bu günlə bağlı hamımızı ürəkdən təbrik edir, Azərbaycana yeni-yeni uğurlar arzulayıram”.
“28 may tarixi Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsidir”
“28 may tarixi bütövlükdə Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsidir. Cünki həmin gün Azərbaycan dövlət müstəqilliyinin elan olduğu tarixdir, Azərbaycanın öz ərazisinə sahib çıxdığı, dünya dövlətləri sırasına qoşulduğu bir gündür. Yəni bu, adi tarixlərdən deyil”.
Bu fikirləri isə Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Fəzail Ibrahimli deyib.
F.Ibrahimli bildirib ki, həmin dövrdə zaman məsələni kəskin qoymuşdu. Məsələnin mahiyyəti ondan ibarət idi ki, Rusiya imperiyası dağılmış, onun tərkibində olan xalqların müstəqilliyi üçün münbit şərait yaranmışdı. Həmin xalqlar öz talelərini həll etməli idilər. Baxmayaraq ki, o vaxtlar Zaqafqaziya Seymi olsa da, dağılmaq üzrə idi. Məsələn, gürcülər Almaniyanın vədlərinə arxalanıb seymdən çıxdılar. Ermənilərin də həmişəki kimi xaricdən dəstəyi olduğu üçün həmin addımı atmağa hazırlaşırdılar. Amma Azərbaycan xalqının özü öz taleyini həll etməli idi. Cünki gürcü və ermənilərdən fərqli olaraq Azərbaycanın bölünmə ehtimalı var idi, bəzi güclər Azərbaycanın ərazisini qəsb etmək istəyirdilər. Həmçinin, Bakı şəhərinin Rusiyanın tərkibinə verilməsi təhlükəsi var idi. Yəni 1918-ci ildə reallıq belə idi. Xalqımız ya ayağa qalxıb öz dövlətini qurmalı idi, ya da torpağımız parçalanıb bölünməli idi.
“Məhz o dövrdə Azərbaycanın tarixi taleyini həll etmək iqtidarında olan ziyalılar, ictimai-siyasi xadimlərimiz bu reallığı dərk edərək müstəqilliyimizin elan olunması üçün mücadilə etdilər. Onların bir qrupu Avropada təhsil almışdılar, digərləri isə yüksək demokratik düşüncəyə sahib idilər. Həmin insanlar Azərbaycanın tarix qarşısında bu çətin məsuliyyətini kifayət qədər dərk edərək ayağa qalxaraq istiqlaliyyətimizi elan etdilər. Hansı ki, o dövrdə ermənilərin ərazi iddiaları var idi və bu məsələdə kənardan dəstək alırdılar. Həmçinin, Rusiya imperiya iddialarından əl çəkməmişdi. Bütün çətinliklərə baxmayaraq, həmin şəxslər millətin şərəfini xilas edərək, müstəqil dövlət qurdular. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə şanlı və şərəfli yer tutur. Bu gün Azərbaycan dövləti həmin tarixlə qürur duyur. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev indiki müstəqil dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib”, - deyə
F.Ibrahimli qeyd edib.
Səxavət HƏMID