1 İyun 2015 01:04
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiçin Azərbaycana səfəri başlayıb.

APA-nın məlumatına görə, iyunun 1-də onun Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, siyasi partiya nümayəndələri ilə görüşləri planlaşdırılıb.

Səfərin sonunda xarici işlər naziri ilə birlikdə mətbuat konfransı keçiriləcək.

ATƏT sədri həmçinin qurumun Bakıdakı layihə-koordinatorluğuna baş çəkəcək.

ATƏT sədri iyunun 2-də Gürcüstana, iyunun 3-də isə Ermənistana səfər edəcək.


Müəllif: