2 İyun 2015 16:26
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fonddan Teleqraf.com-a verilən məlumata görə, Dövlət Neft Fondunun Müşahidə Şurasının iclasında Azərbaycanın Baş naziri Artur Rasizadə növbəti müddətə ARDNF-in Müşahidə Şurasının sədri seçilib.

Azərbaycanın Baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri A.Rasizadənin sədrliyi ilə keçirilən növbəti iclasda Fondun 2014-cü ildə maliyyə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri və ARDNF-in ötənilki büdcəsinin icrası məsələlərinə baxılıb.

Müşahidə Şurası Dövlət Neft Fondunun icraçı direktorunun təqdim etdiyi Fondun 2014-cü ildəki fəaliyyəti haqqında illik hesabatına, Fondun ötən ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatına baxaraq onları məqbul hesab edib və ARDNF-in 2014-cü il büdcəsinin icrası layihəsini təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə qərar qəbul edilib.

İclasda Azərbaycanın Baş naziri A.Rasizadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.


Müəllif:

Oxşar xəbərlər