Böyük Britaniya Azərbaycanın kapital bazarlarının dünyanın kapital bazarları ilə inteqrasiyasına kömək etməyə hazırdır.
Trend-in məlumatına görə, bunu London şәhәrinin Lord meri Alan Yarrou Bakıda keçirdiyi mәtbuat konfransında deyib.
Onun sözlərinə əsasən, Azərbaycan iqtisadiyyatı neft-qaz sektorundan asılılığını qoruyur, buna görə də ölkə kapital bazarlarını inkişaf etdirməlidir: "Ümumilikdə kapital bazarları sahibkarlara vəsaitlərin cəlb edilməsi mənbələrini şaxələndirməyə imkan verir: bank kreditlərindən savayı, qlobal təşkilatlardan da vəsait cəlb etmək mümkündür".
Lord mer qeyd edib ki, iqtisadiyyatın gələcək inkişafı üçün Böyük Britaniyanın Azərbaycana edə biləcəyi əsas kömək bilik mübadiləsidir.