4 İyun 2015 15:02
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov jurnalistlər üçün inşa edilən binanın bu il üçün təhvil verilib-verilməməsi məsələsinə münasibət bildirib.

MŞ-nın sədri Ə.Amaşov publika.az-a açıqlamasında deyib ki, bu məsələ ilə bağlı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) məşğul olur:

"Ancaq bildiyim qədər, jurnalistlər üçün inşa edilən binada işlər hələ tamamlanmayıb. Ola bilər ki, həmin binada aparılan işlərin bu ilin sonuna kimi başa çatdırılması mümkün olmasın. Yəqin ki, bina hazır olandan sonra jurnalistlərə veriləcək".


Müəllif:

Oxşar xəbərlər