10 İyun 2015 16:48
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan özünün "Twitter" səhifəsində Bakıda keçiriləcək Avropa Oyunlarını boykot etməyə çağırıb.

Xatırladaq ki, Amerikada fəaliyyət göstərən ən böyük və ən radikal erməni təşkilatı olan bu Komitə uzun illər ərzində erməni terror təşkilatı ASALA-nın maliyyə və ideologiya mənbəyi rolunda çıxış edib. Təşkilatın sədri Ken Xaçikyan daşnak ideologiyasının daşıyıcısıdır.

Azərbaycana düşmən mövqedə olan Ermənistan və onun xaricdəki diaspor təşkilatlarının Bakıdakı Avropa Oyunlarını gözdən salmağa çalışması təəccüblü deyil. Amma bu kampaniyada bir sıra Qərb təşkilatları və KİV-i, ən əsası isə Azərbaycandakı radikal müxalifət dəstələrinin də iştirakı, uzun illərdir ölkəmizə qarşı aparılan böhtan və təzyiq kampaniyasının vahid mərkəzdən idarə olunduğu haqda deyilənləri bir daha təsdiqləyir. Belə ki, A.Hamparyanın boykot çağırışından cəmi bir həftə əvvəl - iyunun 3-də Böyük Britaniyanın Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən "Guardian" qəzeti Avropa Oyunlarının boykot olunmasının vacibliyini yazıb və elə həmin gün radikal müxalifətdə olan Müsavat Partiyası da Avropa ölkələrinin dövlət və hökumət başçılarını Bakıda I Avropa Oyunlarının açılışı mərasimində iştirakdan imtina etməyə çağırıb.

Beləliklə, Bakıdakı Avropa oyunlarının gözdən salınması kampaniyasının eyni mərkəzdən hazırlandığı və "ermənilər-Qərb təşkilatları-Azərbaycanın radikal müxalifəti "üçbucağı" vasitəsilə reallaşdırıldığı təkzibolunmaz faktdır.

Necə deyərlər, çevrə qapanır - necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur.


Müəllif:

Oxşar xəbərlər