11 İyun 2015 13:43
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ali Məhkəmənin növbəti plenum iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, plenum Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrliyi ilə keçirilib.

İclasda ədliyyə naziri Fikrət Məmmədov, baş prokuror Zakir Qaralov , Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, apellyasiya, ağır cinayətlər, bir sıra rayon məhkəmələri sədrləri və hakimlər iştirak edib.

Plenumda “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” məsələ müzakirə olunub, təhlillər aparılıb. Bildirilib ki, dələduzluq cinayətlərinə dair işlərə baxılarkən qanunvericiliyin tələblərinə əməl olunur. Bununla yanaşı bir sıra hallarda həm ibtidai araşdırma orqanları, həm də məhkəmələr tərəfindən işin faktiki hallarının araşdırılmasına lazımlı diqqət yetirilmir.

Plenum mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədi ilə müvafiq qərarlar qəbul edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər