Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov iyunun 19-da Zaqatala şəhər 2 saylı orta məktəbdə vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda Zaqatala, Balakən, Şəki və Qax rayonları sakinlərinin müraciət, şikayət və təklifləri dinləniləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Zaqatala şəhəri, Nizami küçəsi 40, əlaqə telefonları: 050-683-17-40, 070-950-78-83, 024-22-5-35-15) xahiş olunur.
İLHAMƏ