16 İyul 2015 11:40
1 459
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Radikal dini qrupları təkamül yolu ilə zərərsizləşdirmək mümkündür. Yəni, doğru yolu, İslamın buyurduğu həqiqətləri çatdırmaqla onları radikal meyllərdən çəkindirmək olar".

Teleqraf.com-un xəbərinə görə, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ələ çomaq almaqla mübarizə aparmaq olmaz: "Azərbaycanda dini radikalizmin qorxusu yoxdur. Bu radikallar dini nöqteyi-nəzərdən radikallıq nümayiş etdirirlər. Bunlarla da mübarizə bir günün və ya bir qurumun işi deyil. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi bu sahədə müvafiq işlər aparır".

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər