28 İyul 2015 17:46
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Layihə üzrə tikinti işləri qrafikə uyğun davam etdirilir

Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi üzrə tikinti işləri qrafikə uyğun davam etdirilir. Layihə çərçivəsində hazırda boru kəmərinin 56 düymlük hissəsinin keçəcəyi ərazilərdə torpaqların düzləşdirilməsi, təxminən 10 ton ağırlığı və 12 metr uzunluğu olan polad boruların sahələrə daşınması davam etdirilir. Həmçinin, boruların saxlanıldığı yerlərdə qaynaq işləri də aparılır. Bu barədə məlumat Türkiyənin parahaberi.com saytında yer alıb.

Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin ötürücülük qabiliyyətinin 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, BOTAŞ - 30 faiz və bp şirkəti - 12 faiz.

Səxavət


Müəllif:

Oxşar xəbərlər