16 Avqust 2015 19:25
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 13-dən başlanan Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Mahaçqala" və "Volqodonsk" kiçik artilleriya, həmçinin “Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmilərinin Bakıya rəsmi səfəri başa çatıb.

Bu barədə Teleqraf.com Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd edək ki, nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı, Səbail rayon icra hakimiyyəti və Bakı Dəniz Limanının rəhbərliyi ilə görüşlər keçiriblər. Bundan başqa, qonaqlar Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə də tanış olacaqlar.

Gəmilərin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlığı məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşü də baş tutub.


Müəllif:

Oxşar xəbərlər