“Azərbaycan Dəmir Yolları” QSC-nin Minskin “Stadler” zavodundan aldığı 5 sürət qatarından üçüncüsü Bakıya gətirilib.
Bu barədə Teleqraf.com-a QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
O, bildirib ki, bu qatarlar Bakı-Sumqayıt xətti üzrə sərnişin daşıması üçün nəzərdə tutulub: “Bundan başqa Keşlə-Yalama xətti üçün Riqadan alınan 5 elektrik qatarlarından 3-ü artıq Bakıdadır”.