Bakının bəzi küçə və prospektlərində güclü tıxac var.
Teleqraf.com Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, hazırda Tbilisi prospekti, Azadlıq prospekti, S.S. Axundov, Ş.İ.Xətai, General Əliağa Şıxlinski, Rüstəm Rüstəmov, Sakit Qocayev, Akademik Həsən Əliyev, Rüstəm Rüstəmov küçələrində və Bibiheybət yolunda güclü tıxac müşahidə olunur.
Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.
Hazırda Ceyhun Səlimov küçəsi – Hərbi Hospitalın yanı, Cavadxan küçəsi ( 3-cü mkr) - “Memar Əcəmi” metrosunun qarşısı və Xudu Məmmədov küçəsində yolun asfalt-beton örtüyünün yenilənməsi səbəbindən hərəkət məhdudlaşdırılıb.