Avqustun 31-dən etibarən, iki gün müddətində “Qaz İxrac” İdarəsinin Qazax magistral qaz kəmərlərində aparılan təmir işləri ilə əlaqədar Azərbaycanın bir sıra rayonlarıdan qaz təchizatında məhdudiyyətlər olacaq.
Teleqraf.com bu barədə SOCAR-ın saytında dərc olunan xəbərə istinadən məlumat verir.
Təmir müddətində Gədəbəy rayonunun, Şəmkir rayounun Zəyəm, Çənlibel, Morul, Sarıtəpə, həmçinin Tovuz rayonunun Alakol, Qovlar, Dondarquşçu kənd və qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.