29 Avqust 2015 23:42
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlətimizin başçısı, partiyamızın Sədri İlham Əliyevin şəxsi nüfuzu, Prezidentin siyasətinin xalq tərəfindən dəstəklənməsi, eyni zamanda, YAP-ın cəmiyyətdə böyük nüfuzu, partiyamızın üzvlərinin fədakarlığı, ötən seçkilərdə qazanılmış təcrübə qarşıdan gələn parlament seçkilərində də partiyamızın uğurlu seçki kampaniyası aparacağını deməyə əsas verir”.

Trend-in məlumatına görə, bunu YAP sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov bu gün Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsində çıxışı zamanı deyib.

Ə.Əhmədov deyib ki, YAP Mərkəzi Seçki Qərargahının rayon və şəhər şöbələrinin iştirakı ilə zona müşavirələri artıq başa çatdıb.

O qeyd edib ki, Yeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək seçkilərə tam hazırdır:

“Azərbaycan Konstitusiyasının və Seçki Məcəlləsinin müddəalarına uyğun olaraq Prezident İlham Əliyev parlament seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən Milli Məclisə seçkilər noyabrın 1-də keçiriləcək. Bununla da, parlament seçkiləri kampaniyasına rəsmi start verilib. Seçki kampaniyası 60 gün ərzində davam edəcək”.

YAP sədrinin müavini qeyd edib ki, son parlament seçkilərindən ötən beş il ərzində Azərbaycan böyük inkişaf mərhələsi keçib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz böyük uğurlar qazanıb. Əli Əhmədov bu illər ərzində ölkəmizdə bütün sahələr üzrə yüksək inkişafın əldə olunduğunu, əhalinin rifah halının yüksəldiyini, regionların simasının əhəmiyyətli dərəcədə dəyişdiyini və bu dəyişikliklərin hər bir vətəndaşın həyatına müsbət təsir göstərdiyini diqqətə çatdırıb.

Ə.Əhmədov onu da vurğulayıb ki, partiyanın namizədlərinin də əhali arasında nüfuzu hər zaman seçki kampaniyalarında böyük nailiyyətlərin qazanılmasını şərtləndirib. YAP sədrinin müavini - icra katibi bildirib ki, artıq seçki kampaniyasına rəsmi start verildiyi üçün seçki qanunvericiliyinə uyğun olaraq tədbirlər davam etdiriləcək. Namizədlərin elan olunması, onların qeydiyyatdan keçməsi üçün imza toplanılması, müvafiq sənədlərin dairə seçki komissiyalarına təqdim edilməsi və s. tədbirlər seçki kampaniyası dövründə həyata keçiriləcək. Əli Əhmədov vurğulayıb ki, namizədlərin sənədlərinin hazırlanması, onların dairə seçki komissiyalarına təqdim olunması və digər sənədləşmə işləri yerlərdə partiyanın səlahiyyətli nümayəndələri tərəfindən həyata keçiriləcək. O, əmin olduğunu bildirib ki, yerli strukturlar bu seçki kampaniyasında da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.


Müəllif:

Oxşar xəbərlər