Azərbaycan Xəzər Dəniz Gəmişiliyi QSC-nin Bibiheyətdəki Gəmi Təmiri İstehsalat Birliyinin ərazisində yerləşən “Xəzər” MMC-də dəhşətli faciə baş verib.
“Axar.az”a Xəzər Gəmiçiliyindəki mənbədən verilən məlumata görə, “General Əlağa Şıxlınski” kran gəmisinin təmiri zamanı “Xəzər” MMC-nin iki fəhləsi gəmi ilə körpünün arasında qalaraq, dünyasını dəyişib. Hazırda hadisə yerində Xəzər Dəniz Gəmişiliyi QSC-nin və “Xəzər” MMC rəhbərliyinin olduğu söylənilir.
Qeyri-rəsmi məlumata görə, “Xəzər” MMC-nin təsisçiləri SOCAR prezidenti Rövnəq Abdullayev və Xalq artisti Ağasəlim Abdullayevin 2 nəfər ailə üzvünün də öldüyü qəzanın səbəbkarı olan Xaliq Mədətovun atası, QSC sədrinin keçmiş müavini Mübariz Mədətovdur.
Xəzər Dəniz Gəmiçiliyi QSC-dən “Axar.az”a belə bir məlumata malik olmadıqlarını bildirdilər.