4 Sentyabr 2015 13:21
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Piter Svedberq keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Jiri Aberle və Yevgeni Şarov keçiriblər.

BƏXTİYAR


Müəllif: