Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova işdən azad edilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, S.Rüstəmova öz ərizəsinə əsasən vəzifəsindən azad edilib.
Kənd təsərrüfatı nazirinin müvafiq əmri ilə o, Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin vəzifəsinin icrası müvəqqəti olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin müavini Azər İdris oğlu Süleymanova həvalə edilib. Nazirliyin digər əmri ilə Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi Söhrab Əliyev tutduğu vəzifədən azad edilib.