14 Sentyabr 2015 10:53
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Milli Məclisə seçkilərlə əlaqədar regionlarda seminarlara başladı.

AVCİYA-dan Teleqraf.com-a verilən məlumata görə, ilk seminarlar assosiasiyanın Şirvan regional ofisinin təşkilatçılığı ilə Şirvan, Hacıqabul və Sabirabadda keçirilib.

AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı seminarlarda məruzə ilə çıxış edərək Azərbaycanda keçirilmiş parlament seçkiləri haqqında ətraflı məlumat verib və bu il keçirilən seçkilərin ölkəmiz üçün əhəmiyyətindən danışıb. Daha sonra seçici fəaliğının, yerli müşahidənin təşkilinin seçkilərin demokratik və şəfaf keçirilməsi üçün əhəmiyyəti, müşahidəçilərin hüquq və vəzifələri, onların seçki günü fəaliyyətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Seminarların sonunda iştirakçıların suallarına ətraflı cavablar verilib.

Assosiasiya növbəti seminarları bu həftənin sonu Xaçmaz, Qusar və Quba rayonlarında keçirməyi planlaşdırır.

Seminarlarda AVCİYA-ya daxil olan “İnsan haqları-XXI əsr” Fondunun prezidenti Şahin Camalov və AVCİYA Seçki Qərargahının kordinatoru Cavid Camalov iştirak edib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər