22 Sentyabr 2015 10:33
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Metronun “Cəfər Cabbarlı” stansiyasının təmirə bağlanan xətti açılıb.

“Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Teleqraf.com-a işlərin vaxtından əvvəl yekunlaşdığını bildirib.

“Bu gündən “Cəfər Cabbarlı" stansiyasından “Xətai” istiqamətində hərəkət üçün istifadə edilən birinci yol açılıb. İşlərin ilin sonuna yekunlaşdırılması planlaşdırılırdı. Yeni dərs ilinin başlamasını və sərnişin sıxlığını nəzərə alaraq işləri sürətləndirdik. İşlər vaxtından əvvəl başa çatdı. Qatarlar arasında interval da əvvəlki vəziyyətə qaytarılıb, yəni, 10 dəqiqədən 8 dəqiqəyə qədər azaldılıb”.

N.Paşayevin sözlərinə görə, stansiyada bəzi təmir işləri gecə saatlarında aparılacaq.


Müəllif:

Oxşar xəbərlər