26 Sentyabr 2015 12:13
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dövlət sirri ilə işləməyə icazəsi olmayanları bu sahədə vəzifəyə təyin edənlər cəzalandırılacaq.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Milli Məclisdə İnzibati Xətalar (İXM) Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulur.

Parlamentdə İnzibati Xətalar Məcəlləsinə 181-6-cı maddənin əlavə edilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb.

İXM-ə ediləcək əlavəyə əsasən Azərbaycanda dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər isə min beş yüz manatdan iki min manatadək miqdarda cərimə ediləcək.

Qanun layihəsinin oktyabrın əvvəlində Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir.


Müəllif:

Oxşar xəbərlər